​ANAMA: 15 ədəd piyada əleyhinə mina, 3 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

​ANAMA: 15 ədəd piyada əleyhinə mina, 3 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO 1 ədəd piyada əleyhinə mina və 23 ədəd tank əleyhinə mina aşkar olunub
Qarabağ
17 İyul , 2016 14:19
​ANAMA: 15 ədəd piyada əleyhinə mina, 3 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

Bakı. 17 iyul. REPORT. AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, Tərtər rayonunun Qaynaq kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 500 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 17 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi