​“Amerikanın səsi”nin erməni xidmətinin saytında Dağlıq Qarabağ haqqında çəkilmiş qərəzli videoreportaj yığışdırılıb

​“Amerikanın səsi”nin erməni xidmətinin saytında Dağlıq Qarabağ haqqında çəkilmiş qərəzli videoreportaj yığışdırılıb Sayt bununla bağlı açıqlama verib
Qarabağ
30 Oktyabr , 2014 09:31
​“Amerikanın səsi”nin erməni xidmətinin saytında Dağlıq Qarabağ haqqında çəkilmiş qərəzli videoreportaj yığışdırılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Amerikanın səsi”nin erməni xidmətinin saytındakı Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionu haqqında çəkilmiş qərəzli videoreportaj (http://www.amerikayidzayn.com/media/video/2488132.html) yığışdırılıb. “Report”un “AzərTAc”a istinadən verdiyi xəbərə görə, saytda bununla bağlı açıqlama yerləşdirilib. (http://www.amerikayidzayn.com/?refresh=1):

“2014-cü ilin oktyabrın 18-də “Amerikanın səsi”nin erməni xidməti özünün saytında “Amerikanın səsi”nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik video yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, “Amerikanın səsi” erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq çalışacaq” – deyə, düzəlişdə bildirilib.

Son xəbərlər

Orphus sistemi