Yuxarı

​Amerikalı səfir: Cəbhədə zorakılığa son qoymaq lazımdır

ABŞ hökuməti sərhəddə istənilən zorakılığı pisləyir

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ hökuməti sərhəddə zorakılığı pisləyir.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills bildirib.

"Əlbəttə, təmas xəttinin perimertində zorakılıq Birləşmiş Ştatlar hökumətini narahat edir və biz öz vəzifəmizi yerinə yetirərək Vaşinqtona məlumat veririk. Siz ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin zorakılıq haqqında bəyanatı ilə tanışsınız, o dünən bəyanat verib. O aydın şəkildə bildirib ki, ABŞ hökuməti sərhəddə istənilən zorakılığı pisləyir, çünki bu sülhün bərqərar olması və danışıqlar prosesinə yardım etmir, buna son qoymaq lazımdır",– deyə səfir Mills bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi