Yuxarı

Amerikalı ravvin erməni işğalçılarının dinc azərbaycanlılara qarşı cinayətlərini pisləyir

Bakı. 2 oktyabr. REPORT.AZ/ İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İzrail Barukun “Nifrəti və ...

Bakı. 2 oktyabr. REPORT.AZ/ İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İzrail Barukun “Nifrəti və tolerantlığın yoxluğunu necə dəf etməli...Mən sionist əclaf deyiləm” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə erməni oxucularının ittihamlarına cavab verir və erməni hərbçilərinin Azərbaycandakı cinayətlərinin təfsilatını açıqlayır.

İ.Baruk yazır ki, əvvəlki məqaləsində o, özünü “İrak Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) silahlıları tərəfindən Suriyanın mədəni irsinin amansızcasına məhv edilməsinin, habelə ermənilərin Azərbaycana qarşı törətdikləri “mədəni” və etnik təmizləmənin təfərrüatını təqdim edib. Onun yazdıqları beynəlxalq hüquq müdafiə təşkilatlarının və dünya birliyini təmsil edən təşkilatların, o cümlədən BMT-nin faktlarına əsaslanıb. Məqalə təkcə antisemit şərhlərlə müşayiət olunan şiddətli təhqir atəşinə tutulmayıb, həm də təhdidlərlə qarşılanıb. Ravvin yazır: “Sionist əclaf” sözlərinə rast gəldiyimə görə bu şərhlərin ardını oxumadım”.

Müəllif daha sonra yazır ki, o, bu şərhlərdə təkcə xüsusi maraqları olan, qərəzkar mövqedən çıxış edən və ermənilərin vəhşiliklərindən xəbərsiz olan müəyyən qrupların mütəşəkkil səylərini deyil, həm də qatı antisemitizmin olduğunu gördüm. Bu da öz növbəsində harmoniya, tolerantlıq və ümidin alqışlandığı və aşılandığı Azərbaycan və İsrail kimi ölkələrə yəhudi icmasının dəstəyinin əhəmiyyətini nümayiş etdirən əlavə faktları ortaya qoymağa sövq edir”.

Sonra müəllif 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni işğalçıları tərəfindən qanunsuz işğal olunmasından, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünya birliyi tərəfindən pislənməsinə baxmayaraq, bu işğalın bu günədək davam etməsindən yazır. İ.Baruk erməni işğalçılarının Azərbaycanın dinc sakinlərinə qarşı vəhşiliklərindən də söz açır.

Ravvin Azərbaycanda, xüsusən də, yəhudilərə münasibətdə qədim tolerantlıq ənənələrindən danışır. Bu, Ermənistan kimi ölkələrdə antisemitizmin hökmranlıq etdiyi indiki vaxtda daha aydın görünür. Müəllif vurğulayır ki, Antidiffamasiya Liqasının 2014-cü il üçün məruzəsində Ermənistan ikinci ən qatı antisemit ölkə kimi göstərilib.

Sonda İ.Baruk Ermənistan rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətləri etiraf etməyə çağıraraq yazır: “Azərbaycan tərəqqini və sülhün bərpasını dayandırmağa çalışan qüvvələrə qarşı mübarizəsində dəstəklənməyə layiqdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi