Yuxarı
    Bağlamaq

    Amerikalı professor: "Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır"

    Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməlidir© Report

    Bakı. 11 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində beynəlxalq hüquq məsələsi aydındır".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı professor Ceyms Kveil Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbəyə səfəri zamanı deyib.

    "Azərbaycan hökumətinin məcburi köçkünlər üçün yaratdığı şəraitlə yerində tanış oldum və bu, inanılmazdır. Hətta ABŞ-da yaşadığım yerdə belə bir məktəbin olmasını istərdim", - politoloq bildirib.

    Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan C.Kveil qeyd edib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır.

    O, münaqişənin həllinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməli olduğunu vurğulayıb.

    Onun sözlərinə görə, kiminsə öz müqəddəratını təyin etmək arzusu yaranırsa, bu məsələ ilə yalnız yaşadıqları ölkənin rəhbərliyinə müraciət etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi