Yuxarı
    Bağlamaq

    Amerikalı jurnalist "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisinə baş çəkib

    Xanım Nurit Qringer Sülh Platformasının onun üçün çox maraqlı olduğunu vurğulayıb

    Bakı. 5 may. REPORT.AZ/ "Ermənistan Azərbaycan Sülh Platforması"nın həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev ilə amerikalı jurnalist Nurit Qringer ilə tanışlıq görüşü keçirilib. 

    Platformanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, xanım Qringer Sülh Platformasının onun üçün çox maraqlı olduğunu vurğulayıb. Həmçinin, xanım Qringer Cənubi Qafqaz regioununda Sülhün bərqərar olmasının vacibliyini qeyd edərək regionda tez bir zamanda ədalətli sülhün və əminamanlığın bərqərar olması üçün “Ermənistan-Azərbaycan Sülh Platforması”-nın fəaliyyətini Amerika ictimaiyyətinə çatdırmaq üçün əlindən gəldiyini əsirgəməyəcəyini qeyd edib.

    Sülh Platformasının həmkoordinatorları xanım Qringeri təşrif buyuruğu üçün ona minnətdarlıqlarını bildiriblər. 

    Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru Süzan Caginyan Platformanın necə yaranması haqqında məlumat verib. 

    Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev Sülh Platformasının gələcək işləri və regionda ədalətli sülh və əminamanlığın qurulması istiqamətində xanım Qringerə geniş məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin vacibliyini söyləyərək, atəşkəs rejiminin çox kövrək olduğunu və dünya ictimaiyyətinin bu barədə məlumatlandırılmasının vacibliyinin məhz xarici jurnalistlərin üzərinə düşdüyünü qeyd edib.

    Sonda həmkoordinatorlar qonaqla xatirə şəkili çəkdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi