Yuxarı

Amerikalı həmsədr: “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək vasitəçiliyimizi davam etdirəcəyik”

Riçard Xoqland: “Liderlərin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir”

Bakı. 25 yanvar. REPORT.AZ/ “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçiliyimizi davam etdirəcəyik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqland bildirib.

“Biz beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusi ilə ərazi bütövlüyü, öz müqqədəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə həmsdər vurğulayıb.

R.Xoqland deyib ki, münaqişənin həllində tərəflərin liderlərinin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi