Amerikalı həmsədr: “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək vasitəçiliyimizi davam etdirəcəyik”

Amerikalı həmsədr: “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək vasitəçiliyimizi davam etdirəcəyik” Riçard Xoqland: “Liderlərin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir”
Qarabağ
25 Yanvar , 2017 11:55
Amerikalı həmsədr: “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək vasitəçiliyimizi davam etdirəcəyik”

Bakı. 25 yanvar. REPORT.AZ/ “Tərəflər səylərimizin xeyirli olduğuna inananadək biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçiliyimizi davam etdirəcəyik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqland bildirib.

“Biz beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusi ilə ərazi bütövlüyü, öz müqqədəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə həmsdər vurğulayıb.

R.Xoqland deyib ki, münaqişənin həllində tərəflərin liderlərinin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir. 

Son xəbərlər

Orphus sistemi