Amerikalı həmsədr Ermənistan prezidenti ilə görüşüb

Amerikalı həmsədr Ermənistan prezidenti ilə görüşüb Sarqsyan Endryu Şoferi təyinatı ilə əlaqədar təbrik edib
Qarabağ
6 Oktyabr , 2017 11:42
Amerikalı həmsədr Ermənistan prezidenti ilə görüşüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer Ermənistan Prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan dövlət başçısı təyinatı ilə əlaqədar E.Şoferi təbrik edərək amerikalı yeni vasitəçinin diplomatik missiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinin çətin dövrünə təsadüf etdiyini vurğulayıb.

S.Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişəni yalnız sülh yolu ilə, beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq həll etmək üzrə vasitəçilik səylərinin uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri regiondakı vəziyyətlə tanış olur.

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın 7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi