Bakı. 1 iyun. REPORT.AZ/ "Biz iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik". "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, həmsədrlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla mühüm danışıqlar aparıblar.
Qeyd edək ki, görüş ötən gün Brüsseldə keçirilib.