Yuxarı
    Bağlamaq

    Amerikalı ekspert: "Ermənistanın inkişafı üçün yeganə yol qoşunlarını Qarabağdan çıxarmasıdır"

    © Report — Amerikalı siyasi ekspert, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys

    Bakı. 29 iyun. REPORT.AZ/ "Ermənistanın həbs edilmiş "milli qəhrəmanı" Manvel Qriqoryan korrupsiya vasitəsilə sərvət əldə edib və xaricdə Ermənistanın imicinə sağalmaz zərbə vurub".

    Bunu "Report"a amerikalı politoloq, ABŞ-ın Markett Universitetinin (Viskonsin ştatı) professor Piter Teys Ermənistan keçmiş deputatı, general Manvel Qriqoryanın xeyriyyə məqsədi ilə əsgərlər üçün toplanmış vasitələri oğurlaması ilə bağlı qalmaqallı hadisəni şərh edərkən deyib.

    Onun sözlərinə görə, yüksək çinli hərbçilərin bu cür hərəkətləri Ermənistan ordusunda baş alan kütləvi fərariliyin səbəbidir: "Son 30 il ərzində Ermənistan ordusu yüksək taktiki hazırlıq və yüksək səviyyədə döyüş ruhu nümayiş etdirməyib. Həmvətənləri yoxsulluq şəraitində yaşadığı zaman erməni generalların lüks həyat tərzi keçirdiyi, rəsmi Yerevanın isə Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə, bu, baş verməyəcək".

    Politoloq həmçinin Ermənistan cəmiyyətinin kədərli olduğunu, çox sayda gəncin daha yaxşı həyat yaşamaq üçün Ermənistanı tərk etdiyini, erməni əsgərlərin ac qaldığını, hərbi təchizat çatışmazlığı yaşadığını və əsəbi vəziyyətdə olduğunu bildirib.

    "Ermənistanın iqtisadiyyatının inkişafı üçün yeganə resept işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməsidir. Bu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanı Cənubi Qafqaz regionunda işğalçı tərəf olmaqdan qurtarmaq üçün nüfuzundan istifadə etməlidir", - P.Teys vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi