Amanda Pol: "Təmas xəttində gərginliyin artması sülh prosesində yaranmış çıxılmaz vəziyyətin nəticəsidir"

Amanda Pol: "Təmas xəttində gərginliyin artması sülh prosesində yaranmış çıxılmaz vəziyyətin nəticəsidir" "Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı alqışlanmalıdır"
Qarabağ
4 May , 2016 10:34
Amanda Pol: Təmas xəttində gərginliyin artması sülh prosesində yaranmış çıxılmaz vəziyyətin nəticəsidir

Bakı. 4 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində gərginliyin artması sülh prosesində yaranmış çıxılmaz vəziyyətin nəticəsidir".

"Report" "EurActiv"ə istinadən xəbər verir ki, bunu siyasi analitik Amanda Pol deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında uzun müddət ərzində ciddi görüşlər olmayıb: "Vəziyyətin Vaşinqtondakı görüşlərdən sonra gərginləşməsi də diqqət çəkir. Belə ki, Azərbaycan tərəfi status-kvonun saxlanmasından və prosesin irəliyə doğru hərəkət etməməsindən məyus idi. Rəsmi Bakı münaqişənin beynəlxalq ictimaiyyətin gündəminə qalmasını istəyir".

Münaqişənin həllində Rusiyanın fəallığı haqqında danışan A.Pol bildirib ki, Moskva təhlükəsizlik vakuumdan və digər beynəlxalq oyunçuların ciddi təsirinin olmamasından açıq-aşkar öz məqsədləri üçün istifadə edir. Eyni zamanda, onun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son "diplomatik canlanma" zamanı səsləndirdiyi təkliflər Bakıda və Yerevanda xüsusi həyəcana səbəb olmayıb.

Ermənistan və Rusiya arasındakı münasibətlərə toxunan xanım siyasi analitik vurğulayıb ki, Rusiya Federasiyasının Ermənistanın təhlükəsizliyinin qarantı hesab olunmasına baxmayaraq, bu təhlükəsizliyə Rusiya zəmanət verə bilməz: "Bunu təmas xəttindəki son gərginlik də göstərdi. Rusiya Azərbaycana silah satır. Sonra da həmin silahlar Rusiyanın strateji tərəfdaşı olan Ermənistana qarşı istifadə olunur".

A.Pol, həmçinin Almaniyanın danışıqlar prosesində fəallaşmasını şərh edib: "Danışıqlara mümkün qədər tez qayıtmaq olduqca vacibdir. Biz artıq dəyişiklik görürük, biz Minsk qrupunun tam tərkibdə iclasını gördük. Belə görüşlər mütəmadi olaraq həyata keçirilməlidir ki, təkliflər verilsin. Ötən ilin sentyabr ayında Almaniyada 7 maddədən ibarət sülh planı təklif etmişdi. Hesab edirəm ki, Aİ-nin ən güclü dövlət kimi Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı alqışlanmalıdır".

Son xəbərlər

Orphus sistemi