​Almaniyanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

​Almaniyanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüşdə Qarabağ üzrə danışıqların davam etdiriləcəyi qeyd olunub
Qarabağ
20 Aprel , 2016 22:09
​Almaniyanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri (XİN) Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında bildirilir.

"Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və qrumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşiklə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdiriləcəyi vurğulanıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi