Yuxarı

Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Tədbirdə vilayətin müxtəlif universitetlərində təhsil alan Almaniya və digər ölkələrdən olan tələbələr iştirak ediblər

Bakı. 7 fevral. REPORT.AZ/ Almaniyanın Türingiya vilayətində Xocalı soyqırımına həsr olunmuş “İnsanlıq üçün ayağa qalx” adlı tədbir keçirilib.

"Report"un AzərTAc-a istinadla verdiyi xəbərə göre, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə vilayətin müxtəlif universitetlərində təhsil alan Almaniya və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Çıxış edən təşkilat fəalları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin törətdikləri faciəli hadisələr barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, bu soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayət hadisəsidir.

Tədbir iştirakçılarına Ermənistan tərəfindən doğma torpaqlarını ziyarət edən zaman girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov barədə məlumat veriblər.

Sonda Azərbaycan hərbiçisinin əsirlik həyatından bəhs edən “Fəryad” filmi nümayiş olunub.

Tədbir zamanı xüsusi stenddə erməni terrorunu və vəhşiliyini əks etdirən kitablar, jurnallar və şəkillər nümayiş olunub. Tədbirin sonunda iştirakçılara erməni terroru və Xocalı soyqırımına dair disklər paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi