Yuxarı

​Almaniyanın səfiri: "Qoşunların təmas xəttindəki gərginliyin aradan qaldırılması vacibdir"

Matias Kisler: Bu, münaqişənin dinc yolla tənzimlənməsi üçün vacib nailiyyət ola bilər

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Son günlərdə və həftələrdə Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların təmas xəttində baş verənlərdən narahatıq. Gərginliyin aradan qaldırılması çox vacibdir. Elə ATƏT-in Minsk qrupu bunun üçündür, bu onların işidir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniyanın Yerevandakı səfiri Matias Kisler bildirib.

Diplomat deyib ki, qarşıda duran vəzifə qarşılıqlı anlaşma mühiti yaradıb, gərginliyi zəiflətməkdir: "Bu, münaqişənin dinc yolla tənzimlənməsi üçün vacib nailiyyət ola bilər. Gələn il Almaniya ATƏT-ə sədrlik edəcək. İnanın ki, Almaniya münaqişənin dinc yolla tənzimlənməsi üçün bütün imkanlardan istifadə edəcək".

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən doğru format ATƏT-in Minsk qrupudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi