Yuxarı
    Bağlamaq

    Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik"

    Almaniya Azərbaycanı özünün etibarlı və vacib tərəfdaşı kimi qiymətləndirir

    Bakı. 14 fevral. REPORT.AZ/ "Almaniya Azərbaycanı özünün yaxşı, etibarlı və vacib tərəfdaşı kimi qiymətləndirir".

    "Report" xəbər verir ki, bunu "Vestnik Kavkaza"ya açıqlamasında Sosial-Demokrat Partiyasından olan almaniyalı deputat, Almaniyanın ATƏT-dəki parlament nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib.

    D.Barnett Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əllərindən gələni etdiklərini bildirib. Onun sözlərinə görə,

    ATƏT-ə sədrliyi dövründə Almaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərini yaxınlaşdırmaq üçün ciddi səyləri göstərib, o cümlədən Almaniya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistandan olan deputatlar arasında görüş təşkil edib.

    Parlamentari münaqişənin yalnız sülh yoluyla həllinin vacibliyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi