Yuxarı

​Almaniya XİN təmsilçisi: "Təmas xəttində yaranan yeni hərbi gərginlikdən çox narahatıq"

Rəsmi Berlin münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu və həmsədrlərin səylərini dəstəkləyir

Bakı. 6 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində müşahidə edilən yeni hərbi gərginliyi biz böyük narahatlıqla qarşılayırıq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şefer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti şərh edərkən bildirib.

"ATƏT-ə sədrlik edən ölkə kimi Ermənistan və Azərbaycanı yeni gərginliyin yaranmasından yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq", - deyə M.Şefer vurğulayıb.

O əlavə edib ki, rəsmi Berlin münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu və üç həmsədrin səylərini dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi