Yuxarı
    Bağlamaq

    Almaniya XİN-in dövlət naziri: "Avropa Şurasının Dağlıq Qarabağ və ona qonşu olan Azərbaycanın yeddi rayonuna çıxışı yoxdur"

    Mixael Rot: Avropa Şurasının monitorinq institutlarına bu regionlara məhdudiyyətsiz çıxış imkanı vermək lazımdır

    Bakı. 20 may. REPORT.AZ/ "Avropa Şurasının monitorinq institutlarına Dağlıq Qarabağ və ona qonşu olan Azərbaycanın yeddi rayonuna məhdudiyyətsiz çıxış imkanı vermək lazımdır".

    "Report" "Ukrinform"a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot mayın 19-da Nikosiyada Avropa Şurasının Nazirlər Komitəsinin 127-ci sessiyasında çıxış edərkən deyib.

    O, Rusiyanın Avropa Şurası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

    "Rusiyanın beynəlxalq hüquq normalarını pozaraq anneksiya etdiyi Krımda, eləcə də separatçıların nəzarətində olan Ukraynanın şərqindəki ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlığa səbəb olmaqda davam edir. Artıq İnsan Hüquqları üzrə Komissara və Avropa Şurasının digər monitorinq institutlarına bu regionlara məhdudiyyətsiz çıxış imkanı verməyin zamanıdır", - deyə M.Rot vurğulayıb.

    O, eyni fikirlərin Avropa Şurasının bu günə qədər çıxışının olmadığı digər problemli zonalara - istər Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyaya, istər Dnestryanıya, istərsə də Dağlıq Qarabağ və Azərbaycanın qonşu yeddi rayonuna da aid olduğunu deyib.

    M.Rot Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı qətiyyətlə səylərini davam etdirməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi