Yuxarı
    Bağlamaq

    Almaniya XİN-in dövlət katibi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

    Görüşə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də qatılıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Almaniya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Stefan Ştaynlayn ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrləri Pyer Andre (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə AFR XİN-də görüş keçirib. Bu barədə "Report"a Almaniya XİN-dən bildirilib.

    Görüşdə Ermənistan-Azərbaycan arasında 20 ildən artıqdır davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və həll prosesində Avropa Brliyinin (AB) daha fəal iştirakı məsələləri müzakirə edilib

    Qeyd edək ki, ATƏT-in Minsk qrupu (həmsədrlər: Fransa, Rusiya və ABŞ. Almaniya sıravi üzvdür) 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal olunmuş, beynəlxalq hüquqi baxımdan Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişənin siyasi yolla həlli prosesinə rəhbərlik edir. Həmsədrlər bununla bağlı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla məxfi danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi