Yuxarı
    Bağlamaq

    Almaniya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmaması fikriylə razılaşıb

    Bakı. 4 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Berlində ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.

    "Report" "News.am"a istinadən xəbər verir ki, həmsöhbətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılması zəruri olan addımları ətraflı şəkildə müzakirə edib.

    İki ölkənin xarici işlər nazirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

    Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmaması fikriylə razılaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi