Almaniya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Almaniya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmaması fikriylə razılaşıb
Qarabağ
4 Noyabr , 2016 11:40
Almaniya və Ermənistanın XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 4 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Berlində ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.

"Report" "News.am"a istinadən xəbər verir ki, həmsöhbətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılması zəruri olan addımları ətraflı şəkildə müzakirə edib.

İki ölkənin xarici işlər nazirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmaması fikriylə razılaşıb.

Son xəbərlər

Orphus sistemi