Allahşükür Paşazadə: “Ermənilərdə əqidə yoxdur”

Allahşükür Paşazadə: “Ermənilərdə əqidə yoxdur” “Heç bir düşmən müsbət məqsəd üçün məscidi bərpa etməz”
Qarabağ
12 Aprel , 2017 12:18
Allahşükür Paşazadə: “Ermənilərdə əqidə yoxdur”
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ “Heç bir düşmən müsbət məqsəd üçün məscidi bərpa etməz. Məscidi əqidəsinə görə bərpa edə bilərlər. Amma ermənilərdə əqidə yoxdur”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Şuşada Gövhər Ağa məscidinin bərpası ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, ermənilər məscidi təxribat xarakterli olaraq “təmir” edə bilərlər: “Ona görə biz buna etiraz etmişik. Bu il bizim Rus Pravoslav kilsənin rəhbəri patriarx Kiril, erməni katalikosu Qaregin və mənim üçlü görüşümüz ola bilər. Bu görüşü təşkil etmək üçün xüsusi komissiya yaradılıb və o komissiya işləyir. Ola bilsin ki, gələcəkdə komissiyada suallardan biri də bu məscidin bərpası ilə bağlı olsun”.            

Son xəbərlər

Orphus sistemi