Yuxarı
    Bağlamaq

    Ali Baş Komandan: "Cocuq Mərcanlı qəsəbəsi bizim heç vaxt işğalla barışmayacağımızı göstərir"

    Bakı. 18 aprel. REPORT.AZ/ "Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir".

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır: "Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq".

    Prezident bildirib ki, köçkünlərlə bağlı olan məsələlər də uğurla həll olunur: "Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi