Yuxarı

Aleksandr Lukaşeviç: "Qarabağa sülhməramlıların göndərilməsi məsələsi müzakirə edilmir"

Daimi nümayəndə: ATƏT heç vaxt sülhməramlı əməliyyatlarla məşğul olmayıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıların göndərilməsi məsələsi müzakirə olunmur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

"Hələ ötən əsrin 90-cı illərindən bu yana Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlar konsepsiyası ilə bağlı iddialar var. Amma bu, nizamlanmanın yekun mərhələsidir. Hələlik isə problem nizamlanmadığından belə bir ideya da yaranmır. ATƏT Katibliyi çərçivəsində belə desək, yüksək səviyyəli planlaşdırma qrupu işləyir. Bu qrup Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in himayəsi altında bütün fərziyyəvi sülhməramlı əməliyyatların mümkün sxemi üzərində mütəmadi işləyir, onlara adaptasiya olunur", - deyə diplomat bildirib.

"Qrup ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq edir, tez-tez yerlərdə olur. Adaptasiya dedikdə, məkanların bir daha nəzərdən keçirilməsi və sülhməramlıların mümkün yerləşdirilməsi variantları nəzərdə tutulur. Yekun bənd nizamlanma prinsiplərinin razılaşdırılmasıdır. Bundan sonra tərəflər bu sülhməramlı əməliyyatın elementlərinı razılaşdırır. Lakin bu, çox uzaq perspektivdir və tərəflərin nizamlanma prinsipləri ilə bağlı razılaşmasının olmadığnı nəzərə alanda hələ ki nəzəri məsələdir", - deyə A.Lukaşeviç vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, bu ideya ATƏT üçün böyük çağırış olacaq: "Çünki ATƏT heç vaxt sülhməramlı əməliyyatlarla məşğul olmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi