Yuxarı
    Bağlamaq

    Aleksandr Lukaşeviç: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşü gözlənilir"

    Görüş yaxın zamanda keçirilə bilər

    Bakı. 13 dekabr. REPORT.AZ/ "Yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər".

    "Report" xəbər verir ki, bunu "Moskva-Bakı" portalına açıqlamasında Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

    O, Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında "3+2" formatında görüşün baş tutmadığını xatırladıb. 

    A.Lukaşeviç bildirib ki, tezliklə ATƏT-in Minsk qrupu həmsdərləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün təşkili mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi