Yuxarı

Aİ təmas xəttində helikopterin vurulması ilə bağlı insidenti araşdırmağa çağırıb

Hər iki tərəf atəşkəs rejiminə riayət etməlidir

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) münaqişə tərəflərini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq istənilən hərəkət və ya bəyanatdan çəkinməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Aİ mətbuat xidmətinin noyabrın 12-də qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Mi-24 helikopterinin vurulması ilə bağlı bəyanatında deyilir. 

Aİ bəyanatında insidenti araşdırmağa çağırıb. 

Avropa İttifaqı həmçinin ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəklədiyini bildirib: "Hər iki tərəf atəşkəs rejiminə riayət etməli, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri bərpa etməlidir".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi