Aİ səfiri şəhid olmuş Azərbaycan əsgərinin meyitinin Ermənistan tərəfdən qaytarılmaması məsələsinə münasibət bildirib

Aİ səfiri şəhid olmuş Azərbaycan əsgərinin meyitinin Ermənistan tərəfdən qaytarılmaması məsələsinə münasibət bildirib Malena Mard: "ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik"
Qarabağ
17 Yanvar , 2017 11:53
Aİ səfiri şəhid olmuş Azərbaycan əsgərinin meyitinin Ermənistan tərəfdən qaytarılmaması məsələsinə münasibət bildirib

Bakı. 17 yanvar. REPORT.AZ/ "Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun bütün səylərini dəstəkləyirik".

"Report" xəbər verir ki bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Ermənistan tərəfinin şəhid olmuş Azərbaycan əsgərin meyitini qaytarmaqdan imtina etməsi ətrafında yaranmış vəziyyəti şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

M.Mard bu məsələ ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanat yaydıqlarını xatırladıb.

Son xəbərlər

Orphus sistemi