Yuxarı

​Aİ səfiri: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət çox həssasdır"

Petr Svitalski: Bu problemin təhlükəsizlik baxımdan Avropa və Avrasiya üçün ağır nəticələri ola bilər

Bakı. 24 iyun. REPORT.AZ/ "Biz Vyana sammitindən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində tərəqqinin şahidi olacağımıza ümidvarıq".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) bu ölkədəki nümayəndəsi Petr Svitalski "Qlobal sülhün yerli kökləri" mövzusunda Yerevanda keçirilən beynəlxalq elmi konfransdakı çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət çox həssasdır.

Petr Svitalski bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin təhlükəsizlik baxımdan Avropa və Avrasiya üçün ağır nəticələri ola bilər.

Qeyd edək ki, bu il mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi