​Aİ rəsmisi Yerevanda Serj Sarqsyanla görüşüb

​Aİ rəsmisi Yerevanda Serj Sarqsyanla görüşüb Tərəflər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünü vurğulayıblar
Qarabağ
4 Noyabr , 2015 12:22
​Aİ rəsmisi Yerevanda Serj Sarqsyanla görüşüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi təmsilçisi Herbert Zalber noyabrın 4-də Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezident aparatının İctimaiyyətlə əlaqə və informasiya idarəsi məlumat yayıb.

Məlumata görə, görüşdə S.Sarqsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin həllində Avropa İttifaqının "balanslaşdırılımış mövqe tutmasının vacib" olduğunu söyləyib.

Xəbərdə bildirilib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünü vurğulayaraq, problemin güzəştlər əsasında həllinin vacibliyini söyləyiblər. 

Son xəbərlər

Orphus sistemi