Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Gerbert Zalber İrəvanda Serj Sarqsyan ilə görüşüb
Qarabağ
21 Oktyabr , 2016 21:36
Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Serj Sarqsyanın mətbuat xidməti məlumat yayıb.

Ermənistan prezidenti və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində son tendensiyalar ətrafında fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər görüş zamanı, həmçinin regional məsələləri də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi