Yuxarı

Aİ-nin ali nümayəndəsi Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

Aİ nümayəndə heyətinin rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Bakı. 16 may. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.

"Report" "Azadlıq" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Petr Svitalski məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Mayın 16-da da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistan və Azərbaycan prezidentlərinə məhz belə bir bildirişlə müraciət edəcək", - deyə P.Svitalski deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi