Aİ-nin ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var"

Aİ-nin ali nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var" "Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləyir"
Qarabağ
23 May , 2017 14:06
Aİ-nin ali nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda siyasi həllə ehtiyacı var

Bakı. 23 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda beynəlxalq hüquqa uyğun olaraq siyasi həllə ehtiyacı var".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

O status-kvonun dayanıqlı olmadığını vurğulayıb.

"Aİ ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir" - F.Mogerini bildirib.

Son xəbərlər

Orphus sistemi