Yuxarı
    Bağlamaq

    Devid MakAlister: "Aİ Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırır"

    Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmalıdır

    Bakı. 25 may. REPORT.AZ/ "Avropa ölkələri Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki insidentlərdən narahatdırlar". 

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Yerevanda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister bildirib. 

    "İnsan tələfatı ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların qarşıdurma xəttindəki insidentlər Brüsseli narahat edir. Avropa İttifaqı (Aİ) münaqişə tərəflərini danışıqları qeyd-şərtsiz ATƏT-in Minsk qrupunun təklifləri əsasında bərpa etməyə çağırır" - o deyib. 

    Devid MakAlister qeyd edib ki, Dağlıq Qarabağ zonasındakı status-kvo möhkəm deyil: "Münaqişənin hərbi yolla həlli yoxdur, beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmalıdır. Aİ ATƏT-in Minsk qrupunun bu istiqamətdəki səylərini dəstəkləyir, tərəfləri atəşkəs rejiminə əməl etməyə və münaqişənin sülh yolu ilə həlli üçün üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi