Agentlik sədri: “Beynəlxalq təşkilatların susması nəticəsində ermənilər maddi və qeyri-maddi irsimizi talan edir”

Agentlik sədri: “Beynəlxalq təşkilatların susması nəticəsində ermənilər maddi və qeyri-maddi irsimizi talan edir” Kamran İmanov: “Erməni oğurluğu davam edir”
Qarabağ
20 Aprel , 2017 10:35
Agentlik sədri: “Beynəlxalq təşkilatların susması nəticəsində ermənilər maddi və qeyri-maddi irsimizi talan edir”
Report.az

Bakı. 20 aprel. REPORT.AZ/ “Ermənistan beynəlxalq qınağa məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəmir. İşğalçılar yaranmış vəziyyəti hər vasitə ilə uzatmaq istəyirlər”.

“Report” xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bununla bağlı qərarlar, qətnamələr qəbul edən beynəlxalq təşkilatlar Ermənistana təsir göstərmirlər: “Beynəlxalq strukturların susması nəticəsində bizim maddi və qeyri-maddi irsimizə təcavüz olunur, mənimsənilir, talan olunur. Erməni oğurluğu davam edir. Bunun səbəbi ondan ibarətdir ki, işğalıçı dövlət öz ərazi iddialarını sübutlarla göstərmək istəyir. Bu isə Azərbaycanın və digər qonşu xalqların maddi və qeyri-maddi irsinin mənimsənilməsi nəticəsində baş verir”.

K.İmanov bildirib ki, 250 min azərbaycanlı Ermənistandan deportasiya olunub və 750 mini ölkədə məcburi köçkünə çevrilib: "Zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı dövlət sülhü istəmir. Üstəlik, ərazi iddialarını "əsaslandırmaq" məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edilir, "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi" davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi