Ağdamın Zəngişalı kəndində iki fərdi yaşayış evinə mərmi düşüb, yanğın baş verib

Ağdamın Zəngişalı kəndində iki fərdi yaşayış evinə mərmi düşüb, yanğın baş verib Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun cəbhəyanı kəndlərini ağır artilleriya qurğularından atəşə tutur
Qarabağ
4 Aprel , 2016 19:53
Ağdamın Zəngişalı kəndində iki fərdi yaşayış evinə mərmi düşüb, yanğın baş verib

Bakı. 4 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun cəbhəyanı Sarıcalı və Zəngişalı kəndlərini ağır artilleriya qurğularından atəşə tutur. 

Ağdam Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, rayonun Zəngişalı kəndində vətəndaşlara məxsus evlərə mərmi düşüb. Nəticədə iki fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası yanğının söndürülməsi üçün hadisə yerinə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi