Yuxarı
    Bağlamaq

    Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

    Təmas xəttinə yaxın ərazilərə qədər gəlib çıxan alov əkin sahələri üçün ciddi təhlükə yaradır© Foto: Report.az

    Ağdam. 23 iyul. REPORT.AZ/ "Ermənistan ordusu son bir ayda Ağdam rayonunun işğal altında olan ərazilərində mütəmadi olaraq, yanğınlar törədib".

    "Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri Raquf Məmmədov Ağdam şəhərinin işğalının 24-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə deyib.

    "Ermənistan ordusu, demək olar ki, hər gün rayonun işğal altında olan ərazilərinə od vurur. Təmas xəttinə yaxın ərazilərə qədər gəlib çıxan alov əkin sahələri üçün ciddi təhlükə yaradır. Ermənilər bunu qəsdən edir ki, cəbhə kəndlərində yaşayan əhali bundan ciddi ziyan çəksin", - deyə R.Məmmədov bildirib.

    Onun sözlərinə görə, yanğınlardan sonra vəhşi heyvanların təmas xəttinə yaxın kəndlərə kütləvi miqrasiyası müşahidə olunur. Alovdan qaçıb canını qurtaran yırtıcı və sürünənlər əhalinin sıx məskunlaşdığı ərazilərə üz tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi