Ağdamın icra başçısı: "Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür"

Ağdamın icra başçısı: "Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür" "Düşmən bilməlidir ki, nə qədər təhlükəli olsa da, insanlar bir addım geri çəkilməyəcəklər"
Qarabağ
6 May , 2016 15:34
Ağdamın icra başçısı: Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür

Ağdam. 6 may. REPORT.AZ/ "Cəbhəboyu kəndlərdə yaşayan insanların həyatı təhlükədədir. Amma kəndlər mühafizə olunur və ermənilər bilməlidir ki, nə qədər təhlükəli olsa da, insanlar bir addım da geri çəkilməyəcəklər".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı vurğulayıb ki, Ermənistan silahlı bölmələri cəbhəboyu yaşayış məntəqələrini hər gecə ağır silahlardan atəşə tutur: "Axşam saat 22:00-dan başlayaraq səhər saat 06:00-a qədər bu ərazilərə yüzdən çox mərmi düşür. Təmas xəttinə daha yaxın yerləşən yaşayış məntəqələrində axşam olan kimi uşaqlar, qadınlar, xəstələr və qocalar nisbətən aşağı kəndlərə və ya qohumlarının evinə göndərilirlər. Nə qədər çətin olsa da, həmin insanlar yenidən səhər evlərinə qayıdırlar və gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. Qoşunların təmas xəttində Ağdamın 21 kəndi yerləşir və bu kəndlərdə 20 mindən artıq insan yaşayır".

Qeyd edək ki, cəbhə bölgəsinə səfəri çərçivəsində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Ağdam rayonunun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə baş çəkiblər.

Son xəbərlər

Orphus sistemi