Ağdamda tutulan erməni kəşfiyyatçıya hökm oxunub - FOTO

Ağdamda tutulan erməni kəşfiyyatçıya hökm oxunub - FOTO Arsen Baqdasaryan 15 il müddətinə azadlıqdan məhrum edilib
Qarabağ
5 May , 2015 11:45
Ağdamda tutulan erməni kəşfiyyatçıya hökm oxunub - FOTO

Bakı. 5 may. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Beləliklə, A.Baqdasaryan cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə Baqdasaryanın 20 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququna malik olduğu da elan edilib.

Qeyd edək ki, Arsen Baqdasaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. Mayın 4-də dövlət ittihamçısı Anar Mirkişiyev erməni diversantın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi