Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşüb

Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşüb 11 baş iri buynuzlu heyvan ölüb, 19-u isə yaralanıb
Qarabağ
28 Aprel , 2016 11:06
Ağdamda şirkət binasına “qrad” və top mərmisi düşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Ağdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.

Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə “Report”a bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.

O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.

Son xəbərlər

Orphus sistemi