Yuxarı
    Bağlamaq

    Ağdamda ermənilərin dağıtdığı evlərin sayı 76-ya çatıb

    Mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub

    Bakı. 28 aprel. REPORT.AZ/ Erməni silahlı birləşmələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Azərbaycanın Ağdam rayonunda dağılmış evlərin sayı 76-ya çatıb.

    Bu barədə "Report"a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

    Xatırladaq ki, aprelin 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi