Yuxarı
    Bağlamaq

    Ağcabədinin Qarabağ kanalının kənarında tank əleyhinə mina tapılıb

    “TM-62M” məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib

    Bakı. 11 mart. REPORT.AZ/ ANAMA martın 11-də Ağcabədi rayonunda aşkar olunmuş

    partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat yayıb.

    “Report” xəbər verir ki, məlumata görə, Ağcabədi rayonunun Qaradolaq kəndində, Qarabağ kanalının kənarına baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib, nəticə etibarilə 400 kv.m. ərazi yoxlanılıb.

    Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 11 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 987 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 125 439 kv.m ərazi (455 079 kv.m ərazi əl ilə, 275 900 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 281 460 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi