Yuxarı

Rəsmi Vaşinqton: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır

Biz tərəfləri təmkinli olmağa və dərhal danışıqlara başlamağa çağırmaqda davam edirik

Bakı. 11 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədri qismində Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə administrasiyanın Ağ Evin rəsmi saytında yerləşdirilən və 331 914 imza toplayan petisiyaya cavabında bildirilir.  

"Biz tərəfləri təmkinli olmağa və dərhal Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasından ibarət olacaq danışıqlara başlamağa çağırmaqda davam edirik", - Ağ Ev administrasiyasının petisiyaya cavabında deyilir. 

Qeyd olunur ki, ABŞ tərəflərlə daimi dialoq çərçivəsində humanitar məsələlərin müzakirəsinə yardım edəcək. "Sarsanq su anbarının idarə olunması və qulluğu bu məsələlərdən biridir. Biz su ehtiyatlarının idarə olunması və bəndin inspeksiyasının müzakirəsi üçün tərəflərin texniki ekspertlərinin görüşünü alqışlayırıq. Həmsədrlər belə görüşlərə yardım etməyə hazırdır".

Vurğulanır ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycan prezidentlərinin siyasi iradəsindən asılıdır.

"Minsk qrupunun həmsədr ölkəsi olaraq, biz regionda sülh və tərəqqinin olması üçün səylərimizi davam etdirəcəyik", - administrasiyadan bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi