Yuxarı
    Bağlamaq

    ​ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

    Tələbələr Şəhidlər Xiyabanını ziyarət edib

    Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) təhsil ocağının tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyinin qarşısında faciəyə həsr olunmuş tədbir keçirilib.

    ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, ilk öncə 1990-cı il 20 Yanvar tarixində şəhid olmuş insanların ruhları bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən ADU-nun rektoru, deputat Səməd Seyidov universitetdə hər il 20 Yanvar faciəsinin, faciədə canlarından keçmiş şəhidlərin ruhunun anıldığını bildirib. Bu gün Azərbaycanın müstəqil dövlət kimi ölkələr arasında düzgün siyasət yürütməsinin, sabitliyin, inkişafın, gənclərin üzündəki təbəssümün, gələcək haqqında düşüncələrin şəhidlərin qanı hesabına olduğunu söyləyən rektor universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadəni xatırlayıb. 

    Daha sonra 20 Yanvar hadisələri, şəhidlik zirvəsinə ucalmış insanlar haqqında videoçarx nümayiş olunub.

    ADU YAP Gənclər Birliyinin sədri Nərgiz Məmmədova Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeirini səsləndirib.

    Qeyd edək ki, tədbirdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərinin məzarları önünə tər-çiçək dəstələri qoyublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi