Yuxarı
    Bağlamaq

    Adı Azərbaycan XİN-in “qara siyahı”sında olan CNN aparıcısı intihar edib

    Dinlə

    Bakı. 8 iyun. REPORT.AZ/ CNN televiziyasının tanınmış aparıcısı Entoni Burden intihar edib.

    “Report” xəbər verir ki, o, aparıcısı olduğu proqramın növbəti buraxılışının çəkilməsi üçün Fransanın Strasburq şəhərinə səfər edibmiş.

    E.Burdenin meyiti həmin şəhərdə qaldığı otel otağında tapılıb. 

    Qeyd edək ki, o, 1956-cı il iyunun 25-də Nyu-Yorkda doğulub. CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden 2017-ci ilin oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər etmişdi.

    Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyinə görə Xarici İşlər Nazirliyi onun adını "arzuolunmaz şəxslər" siyahısına daxil etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi