Yuxarı

​ABŞ səfirliyi vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görüb

Diplomatik nümayəndəlikdə Dağlıq Qarabağ regionunda ciddi eskalasiya və dinc əhali arasında itkilər barədə məlumatların olduğunu bildiriblər

Bakı. 4 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına Dağlıq Qarabağ münaqişəsi zonasına getməməyi məsləhət görüb.

"Report"un verdiyi xəbərə görə, xəbərdarlıq səfirliyin saytında yer alıb.

Diplomatik nümayəndəlikdə Dağlıq Qarabağ regionunda "ciddi eskalasiya" və "dinc əhali arasında itkilər" barədə məlumatların olduğunu bildiriblər.

"ABŞ səfirliyi hələ də məmurlarına sözügedən regiona səfər etməyi qadağan edir. Həmçinin, biz ABŞ vətəndaşlarına Dağlıq Qarabağa getməməyi məsləhət görürük. Sözügedən regionda ABŞ-ın konsulluqları işləmir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, analoji bəyanat ABŞ-ın Ermənistandakı səfirliyinin saytında da yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi