Yuxarı
    Bağlamaq

    ABŞ səfirliyi Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib

    Səfirlik: ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir

    Bakı. 4 mart. REPORT.AZ/ Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətinə təsir etməyəcək.

    Bu barədə "Report"a Ermənistan KİV-ində Corciya ştatının Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanınması barədə qətnamə qəbul etməsini şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    "ABŞ qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. Corciya ştatının Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ştatın qanunverici orqanının fikridir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişməyəcək", - deyə ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi