Yuxarı
    Bağlamaq

    ​ABŞ səfiri:"Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyası çərçivəsində XİN başçılarının görüşünü təşkil edəcək"

    Onlar nazirlərlə prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəklər

    Bakı. 15 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək." Bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti addımlarını şərh edərkən bildirib.

    Səfirin sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində baş tutacaq görüş zamanı vasitəçilər nazirlərlə bu ilin sonunadək prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəklər.

    ABŞ səfiri həmsədrlərin regiona səfərinin dəqiq tarixinin isə məlum olmadığını bildirib: "Bu səfər payıza planlaşdırılır".

    Qeyd edək ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı olacaq. Ümumi müzakirələr sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi