ABŞ səfiri: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərlə səylə çalışır"

ABŞ səfiri: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərlə səylə çalışır" "Atəşkəsə ciddi şəkildə riayət etmək vacibdir"
Qarabağ
6 May , 2016 12:18
ABŞ səfiri: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərlə səylə çalışır
Robert Sekuta

Bakı. 6 may. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləməsi üçün onlarla səylə çalışır".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini" tanımasının mümkünlüyünü şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

Səfir tərəflərin atəşkəsə ciddi şəkildə riayət etməli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi