Yuxarı

​ABŞ səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir"

ABŞ ümidvardır ki, prezidentlər qoşunların təmas xəttində gərginliyin azaldılması məsələsini müzakirə edəcəklər

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin görüşə razılıq verməsi faktı sevindiricidir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Riçard Millz bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün görüşməyə razılıq veriblər.

"ABŞ ümidvardır ki, prezidentlər qoşunların təmas xəttində gərginliyin azaldılması məsələsini, ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təqdim olunacaq təklifləri müzakirə və qəbul edəcəklər", - R.Millz vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi