Yuxarı

​ABŞ səfiri: "Avqustda Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub"

İki ölkə prezidenti arasında keçiriləcək görüşün tarixi və yeri hələ müəyyən edilməyib

Bakı. 20 iyul. REPORT.AZ/ "Hazırda cari ilin avqust ayında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçirilməsi müzakirə olunur".

"Report" "news.am"a istinadən xəbər verir ki, bu barədə iyulun 20-də ABŞ-ın Ermənistandakı səfiri ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə növbəti görüşünün tarixi barədə verilən sualı cavablandırarkən bildirib.

Lakin, onun sözlərinə görə, iki ölkə prezidenti arasında keçiriləcək görüşün tarixi və yeri hələ ki, məlum deyil.

"Avqustda keçiriləcək görüşün gününü müəyyən etmək üçün Minsk qrupunun üç həmsədri ilə iki ölkə hökuməti arasında müzakirələr aparılmalıdır", - deyə Riçard Mills bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi